Ismayilli Secondary School #1 Named After I. Hasanov

Tuesday, February 24, 2015

Tarix boyu müsibətlər yaşamış xalqımızın başına gətirilən daha bir faciə, tarixdə müqayisə oluna bilməyən bir dəhşət - Xocalı faciəsi! Bir şəhərin bir gecədə alt-üst edilərək sakinlərinin başına tarixdə görünməmiş zülmlər açılması, 63 nəfəri üşaq olmaqla 623nəfərin qətli, 487 nəfərin əlillik dərəcəsinə sövq edilməsi, 8 ailənin bütövlüklə məhvi, 1275 dinc sakinin girov götürülməsi ilə nəticələnən bir vandalizm! BU tarixi unutmamaq və nəsillərin yaddaşına daha dərin nifrət və intiqam hissi ilə yazılması üçün məktəblərdə  həyata keçirilən tədbrilərdən biri İsmayıllı şəhər 1 saylı tam orta məktəbin 6c sinif şagirdlərinin iştirakı  ilə keçirilən Əməkdar Müəllim Mirvari Musayevanın hazırladığı tədbir oldu.

20 Yanvar faciəsinin anım günü

20 Yanvar faciəsinin 25-ci ildönümü ölkəmizin bütün məktəblərində ehtiramla yad edilir və tariximizin unudulmaması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Keçirilən tədbrilərdən biri İsmayıllı şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları anım tədbiri oldu. Bu günü unutmağa haqqımız yoxdur!