Ismayilli Secondary School #1 Named After I. Hasanov

National Curriculum

Azərbaycan Respublikasının Təhsil Qanunu  

Kurikulumlar

“Kurikulum” latın sözü olub, lügəvi mənası “kurs”, “elm” deməkdir. Bu söz ingiliscə-rusca lügətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur. Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmışdir. Ötən əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin 90-cı illərinin axırlarından başlayaraq istifadə olunur.
Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır. Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayişların mənimsənilməsinə istiqamətləndirilir.Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacariqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlıq səvviyəsi çoxalır. Şagirdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar.
Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurriruluma görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir
Kurikulumun nəzəri problemlərindən biri onun növlərinə görə təsnif olumunşdur.bu məsələdən bəhs edən ailmlərin fikrincə, kurikulumların növələri barədə yekdil fikir yoxdur. Bu da ondan irəli gəlirki, kurikulumları təsnif edərkən ona müxtəlif prinsiplərlə yanaşılır: ya xarakterlərinə, ya təyinatına ya da məzmun vəstrukturuna görə münasibət bildirirlər.Bütün məqamlarda elə kurikulumlar vardır ki, onlar ümumi ölkə səviyyəsində qəbul olunmaqla geniş miqyasda tətbiq edilir. Mahiyyət etibarı ilə belə kurikulumlar milli xarakter daşıyır. Ona görə də Milli Kurikulum adlanır. Ayrı ayrı fənlərin bütövlükdə xüsusiyyətlərini əhatə edən kurikulumlar isə fənn kurikulumları kimi tanınır və dəyərləndirilir.
Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurikulumu (bundan sonra Milli Kurikulum) konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir.
Milli Kurikulum bilavasitə aşağıdakı funksiyaların reallaşdırılmasına xidmət edir:ümu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi;
  • • fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi;
    • təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;
    • nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması;
    • təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması;
    • şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi.
Milli Kurikulum aşağıdakı ümumi prinsiplərə istinad olunmaqla hazırlanmışdır:
  • • milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;
    • ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması;
    • tələbyönümlülük;
    • nəticəyönümlülük;
    • şagirdyönümlülük.;
    • inteqrativlik.

    Qiymətləndirmə standartları

http://www.kurikulum.az/files/qiym_stand/Az/xar_dil_VIII_QS.pdf
http://www.kurikulum.az/files/qiym_stand/Az/xar_dil_VI_QS.pdf
http://www.kurikulum.az/files/qiym_stand/Az/xar_dil_VII_QS.pdf
http://www.kurikulum.az/files/qiym_stand/Az/xar_dil_V_QS.pdf

Siniflər üzrə təlim nəticələri və Məzmun standartları

Xarici Dil Kurikulumu 

         
Xarici dil kurikulumu və onun xarakterik cəhətləri. Xarici dil kurikulumu şagird, müəllim, valideyn və  cəmiyyətin digər üzvləri üçün maraq doğuran konseptual bir sənəd olub xarici dil təliminin məqsədlərini, bu məqsədlərə nail olmaq üçün bütün fəaliyyətləri əhatə edir. Bu sənəd hər bir şagirdin maraq və meyilləri nəzərə alınmaqla onların nitq və dil bacarıq və vərdişlərini inkişaf etdirməyi nəzərdənəzərə alaraq, ümumtəhsil məktəblərində xaric dil təliminin əsas məqsədi nitq, diərdişlərini inkişaf etdirməkdir.  Göstərilən məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi zəruridir:
• Şagirdlərin vacib linqvistik (fonetik, orfoqrafik, leksik və s.) biliklərə yiyələnməsi;
• Şagirdlərin dili öyrənilən ölkələrin mədəniyyət və ənənələri ilə tanış edilməsi, onlarda xarici dil və
mədəniyyətlərarası mühitdə öz ölkəsini və onun mədəniyyətini təmsil etmək bacarıqlarının formalaşdırılması;
• Nitq fəaliyyəti üzrə kommunikativ bacarıqların inkişaf etdirilməsi;
• Dil duyumunun, yaddaşın bütün növlərinin, məntiqi, tənqidi və yaradıcı təfəkkürün (təhlil, müqayisə, ümumiləşdirmə, nəticə çıxarma və s.) formalaşdırılması və inkişaf etdirilməsi;
• Vətəndaşlıq keyfiyyətlərinin, digər mədəniyyətlərə hörmət hissinin tərbiyə olunması
           1.1. Ümumi təlim nəticələri
İbtidai təhsil pilləsi (I-IV siniflər) üzrə şagird:
· gündəlik həyatda və məişətdə istifadə olunan əşyaları adlandırır;
· sadə nitq etiketləri əsasında ünsiyyət yaradır;
· öyrəndiyi dilin hərf və hərf birləşmələrini oxuyur və yazır;
· öz ana dili ilə müqayisədə fərqli səsləri ayırır və tələffüz edir;
· kiçikhəcmli mətnləri oxuyur və məzmununu izah edir.
Əsas təhsil pilləsi (V-IX siniflər) üzrə şagird:
· mətnləri sərbəst oxuyur, leksik və qrammatik vahidlərdən dialoji və monoloji nitqin formalaşdırılmasında
istifadə edir;
· dilin qrup formasında öyrənilməsi prosesində ünsiyyət etiketi qaydalarına əməl edir, yoldaşlarının nitqinə
münasibət bildirir;
· öz fikirlərini sadə formada yazılı ifadə edir;
· öz nitqini planlaşdırır, eyni fikri müxtəlif formalarda ifadə edir;
· lüğət nümunələri hazırlayır, dil öyrənmə prosesində lüğətlərdən, yardımçı vəsaitlərdən, texnoloji
vasitələrdən məqsədyönlü istifadə edir.
Orta təhsil pilləsi (X-XI siniflər) üzrə şagird:
mətni ifadəli oxuyur, onun üslubi xarakterini və əsas fikri müəyyən edir;
· ilk dəfə təqdim edilmiş və tərkibində 5-10 faizə qədər naməlum söz olan mətni lüğət vasitəsilə oxuyur, 
məzmununu izah edir;
· oxunmuş mətnin planını tərtib edir, məzmununu yazılı tezislə ifadə edir, müstəqil surətdə sadə süjetli 
mətnlər qurur;
· sadə və mürəkkəb cümlə konstruksiyalarından tərcümədə istifadə edir.
Xarici dil təlimində qarşıya qoyulmuş məqsəd və vəzifələri reallaşdırmaq ücün məzmun xətləri aşağıdakı 
şəkildə müəyyənləşdirilir:
· Danışma
· Oxu
· Yazı
· Dinləyib-anlama
Dinləyib-anlama nitq fəaliyyətinin digər növləri ilə sıx bağlı olub, danışma üçün zə¬min yaradır və xarici 
dilin öyrənilməsində mühüm yer tutur. Nitqin formalaşmasında əsas rol oynayan dinləyib-anlama şagirdlərdə eşitdiyi nitqi diqqətlə dinləmək, məzmununu müəyyənləşdirmək və əldə etdiyi yeni informasiyanı yadda saxlamaq bacarıqlarının formalaşdırılmasını təmin edir.
   


Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafında şeirdən istifadənin rolu.
          Uzun illər xarici dilin şagirdlərə mənimsədilməsi məqsədilə müəllimlər tərəfindən tətbiq edilən səmərəli üsullardan biri şeirlərdir. Şeirlər əslində həyat həqiqətlərini əks etdirən qafiyəli mətnlərdir. Bu səbəbdən şagirdlərin əksəriyyəti şeirlər dinləməyi və ya oxumağı çox sevirlər. İngilis dilində də yeni sözlərın öyrədilməsində  şeirlərdən istifadə edilirsə bu şagirdlər tərəfindən həm tez qavranılır, həm də  uzun müddət yaddaşlarında qalır. Amma əsas məqsəd şeirin özünü deyil, şeirin köməyi ilə ingilis dilini mənimsətməkdir. Mən ingilis dilinin  tədrisində şeirdən istifadə haqqında öz təcrübələrimi bölüşmək istərdim.
        Şeiri təqdim etməzdən əvvəl kiçik bir şifahi tapşırıq  verirəm.  Məsələn, mövzuya uyğun bir musiqi parçası səsləndirərək sərbəst atmosfer yaratdıqdan sonra mövzunu təqdim edən bəzi şəkillər göstərərək şagirdlərdə motivasiya yaradıram və onların mövzu ilə bağlı nə düşündüklərini soruşuram. Şeirdə işlənmiş  yeni sözləri əvvəlcədən izah edərək şeiri bir və ya iki dəfə oxuyuram. Şagirdlər əvvəlcə cütlər, sonra kiçik qruplar şəklində şeiri müzakirə edirlər və sonda bütöv siniflə fikirlərini bölüşürlər.  Şeirin rollarla ifa edilməsi və ya səhnələşdirilməsi də dilin mənimsədilməsində effektiv üsullardandır. Bu zaman müəllimin  şagirdin tələffüzünə də nəzarət etmək imkanı olur. Şeir həm müəllmin ifasında həm də CD vasitəsi ilə təqdim edilə bilər. Amma müəllimin mükəmməl tələffüzü olsa belə şagirdlərin  fərqli səs dinləmələri onların ingilis dilini eşidərək anlamaq qabiliyyətlərini inkişaf etdirməyə daha çox kömək edir.
          Şeir üzərində yazılı tapşırıqların aparılması stimullaşdırıcı xarakter daşıyır.  Şagirdlər öz düşüncələrini misralar və ya bəndlər şəklində şeirə əlavə edərək müəllifin üslubu ilə ahəng   yarada bilərlər. Əlbəttə ki, bu tapşırığı yerinə yetirmək üçün şagirddən nisbətən istedad tələb olunur amma hər halda şagirdin yaradiciliq qabiliyyətini inkişaf etdirmək üçün onu ilhamlandirmağa dəyər. Məsələn orijinaldan belə bir şeir parçası səsləndirirəm:
Roses are red.                                                          

Violets are blue.
Sugar is sweet.

And so are you.
Asphalt is black.
If you're feeling hungry,
 I'll give you a snack.
Bu müəllif Brus Lanskinin düçüncələridir. Şagirdlər  “if clauses” budaq cümlələri işlədərək şeiri başqa şəkildə təqdim edirlər. Nisbətən asan tapşırıq, məsələn, şeirdə işlənmiş bəzi sözlərin sinonim və ya antonimini tapıb yazmağı tələb etməklə hər bir şagirdin iştirakını təmin edirəm. Bu tapşırıq qruplarla yerinə yetirildikdə daha maraqlı olur və şagirdlər bir-birilərinin biliklərindən istifadə edərək öz söz ehtiyatlarını artırmaq imkanı əldə edirlər. Şagirdlərin daha çox həvəslə etdikləri çalışmalardan biri də sözləri qarışıq verilmiş şeirə  düzəliş etməkdir. Məsələn şagirdlərə belə bir şeir parçası verərək ona necə əlavələr və ya düzəlişlər etmək mümkün olduğunu soruşuram:
I climbed up the door and
I turned off the covers 

I opened the stairs.
I said my pajamas
and buttoned my prayers.
and pulled up the light.
I'm all scrambled up since
she kissed me last night.
Şagirdlər öz yaradıcılıqlarına və məntiqi düşüncələrinə görə bəndlərdəki sözləri mənasına görə uyğun sozlərlə əvəz edirlər. Bu cür tapşırıqlar şagirdin yaradıcılıq qabiliyyətini üzə çıxarır və onalrda dilə daha çox maraq oyadır.
         Şeirdən dərsə başlamaq üçün giriş (warmer) və ya tamamlayıcı tapşırıq kimi istifadə edilə bilər. Bu istənilən yaş qrupu və istənilən səviyyədə olan şagirdlərlə işləmək üçün çox uyğundur. Dərsin maraqlı keçməsini təmin etmək üçün isə şeir seçiminə ciddi fikir vermək lazımdır. Şeir seçimi müəllimin bir qədər vaxtını aparsa da biz burada daha həssas olmalıyıq; şeirlər çox uzun olmamalı, köhnəlmiş və ya az işlənən sözlərə daha az yer verilməli və şagirdlərdə dinləmək həvəsi oyatmaq üçün axıcı və maraqlı olmalıdır.
                                         Ruhiyyə Mahmudova
                                          "Təhsil Problemləri"  fevral, 2012